Binalara görə əmlak vergisinin ödənilməsi mexanizmi təkmilləşdiriləcək

Fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizmi təkmilləşdiriləcək.

Stopnarkotik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.