Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Belə ki, avtoqəza zamanı "VAZ 2107" ilə "VAZ 2105" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "VAZ 2105"in sürücüsü Mirzə Adışlı xəsarət alıb. Yaralı rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.