Biləsuvarda qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Əkrəm Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
*** 22:50
Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub.
Məlumatına görə, 2003-cü il təvəllüdlü rayon sakini Samir Abbaszadə ilə İkram Babayev arasında mübahisə yaranıb.
Mübahisə zamanı İkram Babayev Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.