Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təşkil edən, əvvəllər məhkum olunmuş Mirsadiq Abdullayev saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, M.Abdullayevdən ümumilikdə 4 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırma aparılır.