Biləsuvarda ağır qəza - ÖLƏN VƏ YARALANANLAR VAR / FOTO

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Bakupost.az