Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
Stopnarkotik.az xəbər verir ki, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub. Pasiyentlərə lazımi tibbi yardım göstərilib.
Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.