Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapıldı

Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb.

hadisə Biləsuvar şəhəri, Molla Pənah Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb.

21 yaşlı oğlanın intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa