Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə boğulan iki qardaş ataları tərəfindən xilas edilib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, 1997-ci təvəllüdlü Gülməmmədov Tural Adil oğlu və onun 1994-cü il təvəllüdlü qardaşı Gülməmmədov Orxan Adil oğlu dənizdə çimərkən qəflətən batmağa başlayıblar.
Övladlarının boğulduğunu görən ata dənizə girərək onları ölümdən xilas edə bilib.
Hər iki şəxs 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.