Beysbol komandası narkotikli içki satacaq

Oreqon beysbol komandası olan “Portland Pickles”, ABŞ-da öz oyunlarında tetrahidrokannabinol (THC) içkiləri satan ilk peşəkar idman klubu oldu.

Stopnarkotik.az xəbər verir ki, içkinin bir porsiyasında yalnız 2 mq tetrahidrokannabinol (THC) və 4 mq Kannabidiol (KBD) olacaq və onu yalnız 21 yaşdan yuxarı vətəndaşlar ala biləcək.

İdman klubunun biznesin inkişafı üzrə vitse-prezidenti baş verənləri "innovativ tərəfdaşlıq üçün presedent" adlandırır - və burada aydınlaşdırmaq lazımdır ki, bu günə qədər bütün bu hekayədə çətənədən daha çox marketinq var. 2 mq tetrahidrokannabinol (THC) sözün əsl mənasında yalnız “təzə-tər auditoriya”ya işləyəcək mikrodozadır.

Stopnarkotik.az