Beynəlxalq narkotrafik kanalı ifşa olundu - ONLAYN NARKOTİK SATANLAR TUTULDU

Narkotiklərə Nəzarət Xidməti Belarusa narkotik və psixotrop maddə daşıyan beynəlxalq narkotrafik kanalını ifşa edib. Belə ki, ölkənin hüquq-mühafizə orqanları keçirdikləri əməliyyatda bir sıra şəxsləri həbs ediblər.

Narkotik satışında təqsirləndirilən şəxslərin onlayn narkotik mağazasında işlədikləri məlum olub. Aşkarlanıb ki, onlar qonşu dövlətdən Belarusa külli miqdarda narkotik və psixotrop mal idxal edirmişlər. Onların üzərindən, eləcə də Qomel rayonundakı evdə və gizləndiyi yerlərdən 450 qram xüsusi təhlükəli psixotrop maddələr, amfetamin və alfa-PVP aşkar edilərək götürülüb. 

Stopnarkotik.az