Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ondan 8 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.