Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, cinayət əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə ötürməməyi bir daha diqqətə çatdırıblar.
Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.