Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, M.Bayramov Bakı şəhərində yaşayırmış.
O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş. Ailəli olub, iki övladı var.
Qeyd edək ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
***15:24
Beyləqanda güllələnmə hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyində çalışdığı bildirilir.
Fakt araşdırılır.