Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB

Beyləqanda Yeni Xanqızı kanalında batan yeniyetmənin meyiti tapılıb.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, 3 iyul 2025-ci il tarixində Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhəri, Xocavənd qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində kanalda batmış 2011-ci il təvəllüdlü Qasımlı Əkbər Nizami oğlunun meyiti bu gün suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 16.36

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

*** 16.15

Beyləqanda yeniyetmə kanalda batıb.

Hadisə Xanqızı kanalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Eyvazallılar kənd sakini 16 yaşlı Ə.Qasımov sözügedən kanalda batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanıb.