Tayvanda bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yunun böyrəklərində 300-dən çox böyrək daşı aşkarlanıb.
Əməliyyatın aparıldığı xəstəxanadan verilən açıqlamada Yunun su içməyi sevmədiyi, yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Uğurlu əməliyyatdan sonra Yunun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.
Xiao Yunun yemək vərdişlərinin pis olduğunu vurğulayan Chi Mei Xəstəxanasının həkimləri tayvanlılara daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.
Digər tərəfdən, Chi Mei Xəstəxanasının Uroloqu Lin Tsai-yang qeyd edib ki, Tayvanda kişilərin yüzdə 14,9-u, qadınların yüzdə 4,3-ündə böyrək daşı olma ehtimalı var./Bakıvaxtı.az