Abşeronda intihar hadisəsi olub.
Hadisə Xırdalan şəhəri "AAAF Park" yaşayış kompleksində qeydə alınıb. Belə ki, orada kirayə yaşayan 21 yaşlı Nəsirov Ramil Aqil oğlu özünü asaraq həyatına son qoyub.
Qeyd edək ki, Ramil Nəsirov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi idi.
Faktla bağlı araşdırma aparılır.