Biz bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik. Bundan sonra inanın ki, Rusiya bunun bədəlini ödəyəcək.
Bunu İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib.
O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:
"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz.
Anlamalısınız ki, hər şeyin öz nəticəsi var. İnsanlar yəhudilərin öldürülməsinə dəstək verəndə bunun bədəlini ödəyirlər. Yəhudilərin özlərini müdafiə edə bilmədikləri dövr arxada qaldı”./axar.az