Batumidə Moldovalı və Türkiyəli narkotik alverçiləri saxlanıldı

Batumidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 əcnəbi saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, onlar üç Moldova və dörd Türkiyə vətəndaşıdır və yaşı 20-52 arasındadır. Axtarışlar nəticəsində onlardan xüsusilə külli miqdarda metadon, mefedron, marixuana və digər qadağan olunmuş maddələr götürülüb. Onlar həmçinin istixanada çətənə yetişdiriblər.

Polis Sameqrelo-Zemo Svaneti bölgəsində bir Gürcüstan vətəndaşını da həbs edib. Onun üzərində müxtəlif formalarda metadon və marixuana aşkar edilib. 

Həbs olunanların hamısını 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az