Moskvada OMİK-in basketbolçusu Aleksey Şvedin iştirakı ilə baş vermiş dava faktı üzrə cinayət işinin istintaqı davam edir.
Xatırladaq ki, səkkiz nəfərdən ibarət qrup şəhərin mərkəzindəki restoranın yaxınlığında idmançını döyüb. Xəstəxanaya yerləşdirildikdən sonra həkimlər Alekseyə temporal sümüyünün sınığı, açıq kəllə-beyin zədəsi, kəllə əsasının sınığı və qismən yaddaş itkisi diaqnozu qoyublar.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları 3 şübhəli şəxsi saxlayıblar. Onlara artıq ittiham elan olunub.
Şübhəlilər deyirlər ki, Şvedə ən ağır zərbələri 31 yaşlı Yusif vurub. Polis hələ də onu axtarır. Məlumatına görə, müstəntiqlər həmin şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənərək xaricə gedə biləcəyini öyrənməyə çalışırlar.
Əvvəl saxlanılan 3 nəfərin sözlərinə görə, davada özünü ən intensiv göstərən məhz Yusif olub, bundan sonra dörd “döyüşçü” maşını ilə hadisə yerindən qaçıb.
Xatırladaq ki, bundan əvvəl basketbolçunun döyülməsində şübhəli bilinən azərbaycanlı Knyaz.A. həbs olunub. /lent.az