Moskvada "Komsomolskaya Pravda" qəzetinin baş redaktor müavini Anna Tsarevanın meyiti tapılıb.
Bu barədə Rusiya KİV məlumat yayıb.
Jurnalist dekabrın 10-da səhhətinin pis olması barədə məlumat verib. 35 yaşlı Tsarevanın meyiti qaldığı evdə aşkar edilib.
Onun ölümünə səbəb ürək çatışmazlığı olub.
Faktla bağlı araşdırma aparılır.