Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb.
Bu barədə Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir. Onun sözlərinə görə, anasının qızdırması olmasına baxmayaraq ona sistem köçürülüb.