Baş prokuror “Tərtər işi”ndən danışdı: “Ümid edirəm ki...”

“Tərtər işi” ilə bağlı istintaq davam edir.

Stopnarkotik.az xəbər verir ki, Bu barədə Apa-nın İstanbul müxbirinin sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

“Bildiyiniz kimi, artıq Baş Prokurorluğun apardığı yeni istintaq nəticəsində, protest əsasında əvvəlki hökmlər ləğv edilib və işlə bağlı cəza alanlar bəraət qazanıb. Ümid edirəm ki, istintaqın gedişatı nəticəsində bütün hüquqi məsələlərə tam aydınlıq gətiriləcək”, - Baş prokuror vurğulayıb.