Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə AFP məhkəmənin mətbuat katibinə istinadən məlumat yayıb.
O qeyd edib ki, prokurorluq sui-qəsd cəhdində şübhəli bilinən şəxsin həbs edilməsi barədə vəsatət qaldırıb.