Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves yenidən məhkəmə qarşısına çıxıb.
Stopnarkotik.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı veteran müdafiəçi 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzadan əlavə, tanınmış futbolçu zərərçəkənə 150 min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dani Alves 2022-ci ilin sonlarında Barselona şəhərində yerləşən gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.