Banqladeşdə tələbələrin etirazları səngimir - VİDEO

Banqladeş polisi Dəkkədə iğtişaşlar zamanı həqiqi güllələrdən istifadə edib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb. 

"Banqladeş polisi paytaxt Dəkkədə nümayişçilərə həqiqi güllə atıb", - agentliyik qeyd edib. 

Tətbiq edilən komendant saatına baxmayaraq minlərlə insan nümayiş keçirir. Xatırladaq ki, iyulun 1-də Banqladeşdə tələbə etirazları başlayıb. Əvvəlcə dinc keçirilən etiraz iğtişaşlara və polislə toqquşmaya çevrilib. 

Narazılığa səbəb gənclər arasında işsizliyin 40%-ə çatması fonunda ölkənin Ali Məhkəməsinin dövlət müəssisələrində iş yerlərinin 30%-nin 1971-ci il müharibəsi iştirakçılarının qohumlarına ayrılan kvotalar müəyyən etməsidir.

Daha sonra, davam edən iğtişaşlar fonunda ölkə interneti məhdudlaşdırılıb, komendant saatı tətbiq edilib və ordu yerləşdirilib. Etirazlar fonunda 105 nəfər həyatını itirib.