Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.
Stopnarkotik.az xəbər verir ki,polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb.Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pullarının oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.