Bank kartlarından oğurluq etməkdə şübhəli bilinənlər müəyyən olunaraq saxlanılıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə avqustun 29-da bir nəfərin bank kartından 4000 manatının oğurlanması barədə məlumat daxil olub:
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Nəsibov müəyyən olunaraq saxlanılıb. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində bir nəfərin bank kartından 720 manatını oğurlamaqda şübhəli bilinən F.Ağayev müəyyən olunaraq saxlanılıb".
Məlumata görə, hər iki faktla bağlı araşdırma aparılır.