Bank kartını dostuna etibar etdi - PULLARINI İTİRDİ

Səbail rayonu ərazisində bir nəfərin bank kartından 440 manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, polisə müraciət edən zərərçəkən kartını məlumatları ilə birgə dostuna etibar etdiyini, sonradan isə həmin şəxsin pulu öz hesabına köçürdüyünü bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı O.Mustafayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.