ABŞ prezidenti Donald Tramp Kolumbiya hakimiyyətini ölkədəki narkotik istehsal edən fabrikləri dərhal bağlamağa çağırıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə D.Tramp jurnalistlərə bildirib.
"Kolumbiyanın yeni lideri problem yaradan insandır. Ona daha ehtiyatlı olmaq yaxşı olar. O, bu kokain istehsalı müəssisələrini bağlasa, daha düzgün olar", - deyə ABŞ prezidenti qeyd edib.
Trampın sözlərinə görə, Kolumbiyada "ən azı üç əsas kokain qaynar nöqtəsi var və biz onların harada olduğunu bilirik, ona görə də onları tez bir zamanda bağlamaq daha yaxşıdır".