Gürcüstan DTX-nın keçmiş rəisi həbs olundu

Gürcüstanda rüşvətə görə ölkənin Dövlət Təhlükəsizlik xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvili saxlanılıb.

Bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Liluaşvili bir neçə epizod üzrə ittiham olunur. Onların arasında rüşvət alma, Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyinin satınalmaları ilə bağlı cinayətlər yer alır.

Məlumata görə, günahı sübuta yetirilərsə onu 11 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

“Gürcüstanın Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə həyata keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili saxlanılıb. O, istintaqın icraatında olan bir neçə cinayət işi üzrə rüşvət almaqda ittiham olunur”- deyə Baş prokuror Giorgi Qvarakidzenin bəyanatında deyilir.