İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib, terror aktı törətməyi planlaşdıran 115 şübhəli saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Türkiyə və beynəlxalq səviyyədə terror cinayətləri ilə bağlı 137 şübhəli şəxs haqqında saxlanılma qərarı çıxarılıb, onlardan 115 nəfər tutulub.
Əməliyyat İstanbulda 124 fərqli ünvanda keçirilib, çox sayda silah-sursat aşkarlanıb.