Zelenski ilk dəfə 20 bəndlik sülh planını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə müzakirə olunan 20 maddəlik sülh planının bəndlərini ilk dəfə açıqlayıb. 

Stopnarkotik.az xəbər verir ki, bununla bağlı “RBK Ukrayna” məlumat yayıb.

Sülh planı aşağıdakı bəndləri əhatə edir:

1. Ukraynanın suverenliyinin təsdiqlənməsi;

2. Rusiya və Ukrayna arasında qarşılıqlı hücum etməmək barədə razılaşma, həmçinin atəşkəs xəttində vəziyyətin monitorinqi mexanizminin yaradılması;

3. Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri;

4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması;

5. ABŞ, NATO və Avropa tərəfindən Ukraynaya Şimali Atlantika Alyansının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi. Rusiyanın Ukraynaya hücumu halında silahlı cavab və Moskvaya qarşı sanksiyaların bərpası;

6. Rusiyanın Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini yazılı şəkildə təsbit etməsi;

7. Ukraynanın Avropa İttifaqına üzvlük tarixinin müəyyən edilməsi, Kiyevə Avropa bazarına qısamüddətli çıxışın verilməsi;

8. Ukraynanın inkişafına dair təşəbbüslər, o cümlədən qaz infrastrukturu, ərazilərin bərpası, faydalı qazıntıların və təbii resursların hasilatı sahələrində layihələr;

9. Ukraynanın bərpası üçün fondlara 800 milyard dollar cəlb edilməsi;

10. ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesinin sürətləndirilməsi;

11. Ukraynanın qeyri-nüvə statusunun rəsmiləşdirilməsi;

12. ABŞ Zaporojye AES-in Rusiya, Ukrayna və ABŞ tərəfindən birgə idarə olunmasını təklif edir, dividendlərin bərabər bölüşdürülməsi nəzərdə tutulur. Ukrayna Rusiyanın iştirakını istisna edir, kompromis tapılmayıb;

13. Ukrayna və Rusiya məktəblərdə müxtəlif mədəniyyətlərə tolerantlığı təşviq edən təhsil proqramlarının tətbiqi öhdəliyini götürür;

14. Donetsk və Luqanskda, eləcə də Zaporojye və Xerson vilayətlərində qoşunların razılaşmanın qəbul edildiyi tarixdəki mövqeləri üzrə atəşkəs. Rusiya qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarmalıdır. Ukrayna Rusiya ordusunun Donbasdan çıxmasını tələb edir, ABŞ isə orada azad iqtisadi zona yaradılmasını təklif edir;

15. Ərazi razılaşmalarından sonra Rusiya və Ukrayna onları güc yolu ilə dəyişməmək öhdəliyi götürür;

16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq, Kinburn burnu demilitarizasiya ediləcək;

17. Humanitar komitənin yaradılması, hərbi əsirlərin “hamı hamıya” prinsipi ilə dəyişdirilməsi, o cümlədən uşaqlar və siyasi məhbuslar daxil olmaqla mülki şəxslərin geri qaytarılması;

18. Razılaşma imzalandıqdan sonra Ukrayna mümkün qədər tez seçkilər keçirməlidir;

19. Razılaşmanın icrasına ABŞ Prezidenti Donald Trampın sədrliyi ilə şura zəmanət verəcək, pozuntulara görə sanksiyalar nəzərdə tutulur;

20. Bütün tərəflər bu razılaşma ilə razılaşdıqdan sonra tam atəşkəs dərhal qüvvəyə minəcək.