ABŞ Prezidenti Donald Tramp Venesuelanı yenidən müstəmləkəyə çevirməyə çalışır.
Bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bildirib.
"ABŞ Prezidenti 200 il geriyə getmək, Venesuelanı müstəmləkə etmək istəyir", - Monkada deyib.
Diplomat həmçinin ABŞ-ın faktiki olaraq bütün Karib dənizini ilhaq etdiyini və Venesuelanın dəniz blokadasının müharibə cinayətindən başqa bir şey olmadığını qeyd edib.
Venesuela 1811-ci ildə İspaniyadan müstəqilliyini elan edib.