“Baltikdəki istənilən rus gəmisi batırıla bilər” - AMERİKALI ADMİRAL

NATO-nun keçmiş baş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Rusiya hərbi komandanlığının Alyansın Baltik dənizində istənilən təlimlərinə qarşı çıxacağı barədə xəbərdarlıq edib. 

Sabiq NATO komandanının fikrincə, “gələn ay onlar (ruslar - red.) qısamüddətli kiber və elektron müharibəyə keçə bilərlər”.

Stavridis “Bloomberg”-ə verdiyi müsahibədə vurğulayıb ki, Finlandiya və İsveç bloka qoşulduqdan sonra bəzi analitiklər Baltik dənizini “NATO gölü” adlandırmağa başlayıblar: "Xəritəyə nəzər saldıqda bunun əsasən doğru olduğunu görərik - sahil zolağında Rusiya ərazisinin bir neçə kiçik hissələri var. Sahillərin qalan hissəsi NATO-nun əlindədir: İsveç, Finlandiya, Estoniya, Latviya , Litva, Polşa, Almaniya və Danimarka... Bu gün Moskva ilə NATO arasında münaqişə yaranarsa, oradakı istənilən Rusiya hərbi gəmisi tez və asanlıqla bloklana və ya məhv edilərdi”.