Balıqçılar torpaq uçqununun altında qaldı, biri öldü - Bakıda FACİƏ

Bakıda torpaq uçqunu olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Qobustanda qeydə alınıb. 

1987-ci il təvəllüdlü Əhmədov Rəşad Cəsarət oğlu Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb. Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Osmanov Niyaməddin Şayəddin oğlu isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.