Xəzər dənizinin Bakı şəhəri, Xaçmaz və Siyəzən rayonları akvatoriyasında balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakinləri Səxavət və Fizuli Məlikovlar, Şabran rayon sakinləri Mirqurban Musayev, Alim Qəhrəmanov, Xaçmaz rayon sakini Pərviz Məmmədov və Siyəzən rayon sakini Murad Paşayev olduğu müəyyən edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və qanunamüvafiq tədbir görülüb.