Avtomobildən təkər və yanacaq oğurlayan şəxslər saxlanılıblar.
Stopnarkpotik.az xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsinin ərazisində paytaxt sakininə məxsus “MAN” markalı avtomobildən 1400 manat dəyərində təkər və 600 litr yanacaq oğurlanıb.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı E.Bayramov və 34 yaşlı E.Bəkirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar aparılır.