"Meyxanaçı Balaəli dəymiş zərəri qarşılayıb. Bəzi xırda xərcləri isə özüm qarşılayacağam".
Stopnarkotik.az xəbər verir ki, bu sözləri Musavat.com-a tanınmış meyxanaçı Balaəli Maştağalının qəza törədərək avtomobilinə zərər vurduğu şəxs bildirib.
O qeyd edib ki, zədələnmiş faraların ödənişini meyxanaçı edib və ona dəyən zərər tam ödənilib.
Qeyd edək ki, ötən gün şikayətçi bildirmişdi ki, yanvarın 29-da Bakının Yasamal rayonu ərazisində "Mercedes Benz G-Class" markalı, 77-BM-777 dövlət nömrə nişanlı maşın onun avtomobilinə çırpılıb.
O, sürücünün tanınmış meyxanaçı Balaəli Oqtay oğlu Rzayev (ictimaiyyət arasında Balaəli Maştağalı kimi tanınır - red.) olduğunu görüb. O, meyxanaçı ilə öz aralarında razılığa gəlsə də, Balaəli 200 manatdan artıq pul ödəməyib.