BALAKƏNDƏ ƏMƏLİYYAT: keçmiş məhkum tutuldu, külli miqdarda narkotik ələ keçdi - FOTO/VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Balakəndə evində külli miqdarda  narkotik saxlayan şəxs tutuldu-FOTO

Balakəndə evində külli miqdarda  narkotik saxlayan şəxs tutuldu-FOTO

Balakəndə evində külli miqdarda  narkotik saxlayan şəxs tutuldu-FOTO