Balakəndə minik avtomobilləri toqquşub, iki nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Şambul kənd inzibati ərazisində baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.