“BakuBus”larda pulsuz internet olacaq? – RƏSMİ AÇIQLAMA

İllərdir “BakuBus” –dan istifadə edən sərnişilərə pulsuz internetin olacağıyla bağlı vədlər verilir. Bununla bağlı xeyli müzakirələr də aparılıb. Ancaq hələ də bu istiqamətdə həyata keçirilən addımlar yoxdur.

Məsələylə bağlı “BakuBus” MMC-yə sorğu ünvanlanıb.

“BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva Bizim.Media-ya bildirib ki, belə bir şəraitin yaradılması üçün müəyyən maliyyə mənbəyi olmalıdır.

“Bildiyimiz kimi, “BakuBus” üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır: “Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır və buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır, bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda, texniki məsələlərin həllinin optimal yolu seçilməlidir’’.

Müsahibimiz sonda qeyd edib ki, hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq.