“Baku Electronics” vergi borcu 1,2 milyon manatı ötüb - FOTOFAKT

“Baku Electronics” MMC-nin yığılmış vergi borcu 1,2 milyon manatı ötüb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilir ki, elektronika şirkətinin vergi borcu 11 mart 2024-cü il tarixinə 1 milyon 213,7 min manat təşkil edib.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.

Xatırladaq ki, “Baku Electronics” 2001-ci ildə yaradılıb. Nizamnamə kapitalı 15,1 milyon manat olan şirkətin qanuni təmsilçisi Səid Naxçıvanidir.