Bakının daha bir neçə ərazisinə elektrik verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Qeyd olunub ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar dekabrın 11-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 12:30-dan saat 14:00-dək Gəncə prospekti, Məhəmməd Hadi, Nəsrəddin Tusi və Sadıqcan küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bununla da elektrik enerjisinin verilişinin məhdudlaşdırıldığı rayonların sayı dördə çatıb.
***10:36
Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.