Bakının bu rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Bakının Xətai rayonunda suyun verilişində fasilə yaranacaq.

Bu barədə Stopnarkotik.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.