Bu gün Bakının iki rayonunda mavi qazın verilməsində fasilə yaranacaq.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azəriqaz"dan məlumat verilib.
Qeyd olunub ki, Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə avqustun 8-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.