Bakıdan yeni təkliflər almışıq - Mirzoyan

İrəvan dünən sülh danışıqları üzrə Bakıdan yeni təkliflər alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.

“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan qeyd edib.