BAKIDA ZƏNCİRVARİ YOL QƏZASI - Yaralılar var

Keşlə bazarının qarşısında zəncirvari yol qəzası olub.

Stopnarkotik.az "unikal"-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Əliyar Əliyev küçəsində baş verib.

"Opel", "Kia" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar olub.

O cümlədən, "Opel"in sürücüsü yaralanıb.

Faktla bağlı araşdırma başlanılıb.