Bakıda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə Bakının Ramana qəsəbəsində qeydə alınıb.
Qəza zamanı üç avtomobil toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.