Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var

Bakının Suraxanı rayonunda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Stopnarkotik.az-ın məlumatına görə, qəza zamanı 1996-cı il təvəllüdlü Əliyev Elvin Bəhrəm oğlu və 1993-cü il təvəllüdlü Nəcəfov Elman Elxan oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.