Bakının əsas prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında H.Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının qarşısında baş verib.
"MAN" markalı yük maşını BYD markalı minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində minik avtomobili aşıb.